General Haftarın atəşkəsdən imtina qərarına Türkiyədən reaksiya

  • 14 Yan - 2020

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Liviya Milli Ordusunun lideri, qiyamçı general Xəifə Haftarın atəşkəs müqaviləsini imzalamaqda imtina qərarını şərh edib.

Avropa.info xəbər verir ki, Rusiya XİN bu gün yaydığı açıqlamada general Haftarın atəşkəs müqaviləsi imzalamadan Moskvanı tərk etdiyini qeyd etmişdi.

“Müqavilənin mətni tamamlanmışdı, imza mərhələsində ruslar “Haftar sabaha qədər vaxt istəyir” dedilər. Hazırda bu mətni imzalamayacaqlar. Haftar belə davam edərsə, Berlin prosesinin mənası olmaz. Liviyada atəşkəsə mütləq nail olacağıq”- Çavuşoğlu deyib.


Oxunma sayı: 3202

Oxşar yazılar