İranda vurulan təyyarə ilə bağlı həbslər başladı

  • 12:33 - 14 Yanvar

İranın məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn İsmaili Ukrayna təyyarəsinin qəzasına səbəb olan bir neçə adamın həbs edildiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, iranlı rəsmi həbsin təfərrüatını açıqlamayıb.

Xatırladaq ki, 11 yanvarda İran Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin hərbçilər tərəfindən vurulduğunu etiraf etmişdi. Faciəyə görə üzr istəyən İran tərəfi gələcəkdə belə hadisələrin baş verməməsi üçün HHM sistemlərini yeniləmək sözü vermişdi.


Oxunma sayı: 6447

Oxşar yazılar