General Haftar Moskvadan atəşkəs müqaviləsi imzalamadan getdi

  • 11:39 - 14 Yanvar

Liviya Milli Ordusunun komandanı general Xəlifə Haftar Liviya Milli Həmrəylik Hökumətinin sədri Fayiz əs-Sərracın imzaladığı müqaviləni imzalamadan Moskvanı tərk edib.

Avropa.info xəbər verir ki, məlumatı Rusiya XİN təsdiq edib. XİN-nin yaydığı bəyanatda Liviyada münaqişə aparan tərəfləri bir araya gətirmək səylərinin davam etdiyi bildirilir.

Qeyd edək ki, dünən rus və türk heyətlərin nəzarətində Rusiya XİN-nin qonaq evində aparılan Liviya sülh danışıqları 8 saat davam etmişdi.

Haftar beynəlxalq nəzarət qüvvələrin Türkiyənin iştirakı olmadan formalaşdırılmasını, Türkiyə və Suriyadan gələn xarici döyüşçülərin şərtsiz geri çəkilməsini tələb edirdi.

Bununla yanaşı o, Liviya milli Ordusunun tələblərinin görməzdən gəlindiyini düşünür, öz ordusunun Tripolidə yerləşdirilməsini və Tobrukdakı parlamentə etimad göstərəcək milli həmrəylik hökumətinin qurulmasını istəyirdi. 

Rusiya XİN-nin yaydığı məlumata görə, general Haftar müqavilə barədə fikirləşmək üçün vaxt istəyib. O, Rusiya paytaxtını gecə vaxtı tərk edib.


Oxunma sayı: 3917

Oxşar yazılar