Azərbaycanlı tenor erməni müğənni ilə bir səhnədə oxumaqdan imtina etdi

  • 10:56 - 14 Yanvar

Azərbaycanlı opera ifaçısı, tenor Yusif Eyvazov erməni qadın müğənni, soprano Ruzan Mantaşyan ilə bir səhnədə çıxış etməkdən imtina edib.

Avropa.info xəbər verir ki, bu barədə Massis Opera agentliyinə istinadən Forumopera.com saytı yazıb. 

Xəbərin müəllifi Loran Bürinin yazdığına görə, artistlər 7 fevral tarixində Drezden opera balı çərçivəsində birgə çıxış etməli idilər. Lakin Eyvazov siyasi səbəblərə görə Mantaşyanla bir səhnədə çıxış etməkdən imtina edib. Bundan sonra sopranodan səhnəni tərk etməsi istənilib.

Hadisəni öz “Facebook” səhifəsində erməni opera müğənnisi Asmik Papayan şərh edib. Papyan bu qərara etiraz şikayəti verməyi planladığını deyib. 

Qeyd edək ki, Yusif Eyvazov Rusiyalı opera müğənnisi Anna Netrebko ilə evlidir. 


Oxunma sayı: 5534

Oxşar yazılar