Ağstafada minaatan mərmiləri aşkarlanıb

  • 21:42 - 13 Yanvar

Yanvarın 13-də saat 14:57-də Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 2 ədəd minaatan mərmisinin tapılması barədə məlumat daxil olub.

Agentlikdən Avropa.info-ya bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. ANAMA mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd təlim məqsədli 60 mm-lik minaatan mərmisi (40 M13 İN) aşkarlanıb, ətrafında 200 kv.m əraziyə yerüstü baxış zamanı əlavə olaraq 2 ədəd də təlim məqsədli 60 mm-lik minaatan mərmisi (40 M13 İN) aşkarlanıb, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Oxunma sayı: 3246

Oxşar yazılar