“Bloomberg”: Liviyada atəşkəsə rus-türk heyəti nəzarət edəcək

  • 13 Yan - 2020

Rusiya və Türkiyə Liviyada atəşkəsin tətbiq olunmasını təmin etmək üçün səlahiyyətli komanda quracaqlar.

Avropa.info xəbər verir ki, məlumatı yüksəkvəzifəli Qərb diplomatına istinadən “Bloomberg” agentliyi yayıb.

“Blomberg”in digər ərəb vəzifəlisinə istinadən yaydığı xəbərdə Misir və BƏƏ-nin də Liviyada atəşkəsin təmin olunmasında rol oynaya biləcəyi deyilir.

Qeyd edək ki, bu gün Moskvada Rusiya və Türkiyə heyətləri Liviyada atəş və stabilliyin təmini üçün danışıqlara başlayıblar. Görüşdə Liviyanın legitim hökumətinin rəhbəri Fayiz Sərrac və Liviya Milli Odusunun lideri Xəlifə Haftar da iştirak edir.


Oxunma sayı: 3224

Oxşar yazılar