Prezident İlham Əliyev Avstriyanın Federal Kansleri Sebastian Kurtsu təbrik edib

  • 17:45 - 13 Yanvar

Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurtsa təbik məktubu göndərib.

Avropa.info-nun xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Federal Kansler, 

Avstriya Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avstriya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.


Oxunma sayı: 2927

Oxşar yazılar