Bakıda soyğunçuluq edən Şirvan sakini saxlanıldı

  • 17:14 - 13 Yanvar

Bakıda soyğunçuluqda şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb.

Bu barədə Avropa.info Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Məlumata əsasən, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini D.Nəsirov yanvarın 12-də saat 9 radələrində Cavadxan küçəsi ev 28-in qarşısında 1 nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


Oxunma sayı: 14510

Oxşar yazılar