Pərviz Müşərrəf barəsində edam hökmü ləğv olundu

  • 13 Yan - 2020

Pakistanın Lahor şəhərində yerləşən Ali Məhkəmə sabiq prezident Pərviş Müşərrəf barəsində çıxarılmış edam qərarını ləğv edib.

Avropa.info xəbər ki, məhkəmə qərarın hüquqi olmaması, Müşərrəfin ədalətli mühakiməsi və edam cəzasının qanunlara zidd şəkildə verilməsi haqda hökm çıxarıb.

Hökuməti təmsil edən prokuror A.Han Müşərrəfin mühakimə olunması üçün özəl məhkəmələrin qurulmasını konstitusiyaya zidd adlandırıb.

Xatırladaq ki, Pəviz Müşərrəfə qarşı cinayət işi vəzifədə qalmaq üçün Pakistan konstitusiyasını məhdudlaşdırmaq ittihamı ilə 2013-cü ildə açılmışdı. 2019-cu ilin 17 dekabrında keçirilən məhkəmə iclasında vətənə xəyanət ittihamı ilə edama məhkum olunmuşdu.

Müşərrəf məhkəmə qərarına “Bu iş məndən intiqam almaq üçün açıldı” deyərək etiraz etmişdi.


Oxunma sayı: 3070

Oxşar yazılar