Liviya ilə bağlı Türkiyə-Rusiya heyətinin görüşü başladı - Foto

  • 16:44 - 13 Yanvar

Rusiyada səfər olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusi Akarın rus həmkarları Sergey Lavrov və Sergey Şoyqu ilə görüşü başlayıb.

Avropa.info xəbər verir ki, Rusiya XİN-nin qonaq evində başlayan görüşdə Liviyada sülh və stabilliyin təmini məsələləri müzakirə olunacaq. Görüşdən sonra türk və rus heyətlər ilə Sərrac və Liviyanın şərqindəki qeyri-legitim silahlı qüvvələrin iştirak edəcəyi Baş Assmableyanın iclası başlayacaq.

Liviyanı legitim hakimiyyətini təmsil edən Fayiz əs-Sərracın və çevrilişçi general Xəlifə Haftarın da Moskvada görüş keçirməsi gözlənilir. Diplomatik mənbələr atəşkəs müqaviləsinin imzalanması ehtimalının olduğunu bildirib.


Oxunma sayı: 3994

Oxşar yazılar