Əkrəm İmamoğludan skandal : İBB Ankarada terror aktı törətmiş PKK-lıya həsr olunmuş kitabı satışa çıxardı - Müəllif həbsdəki Demirtaşdır (Foto)

  • 13 Yan - 2020

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun xanımı Dilək İmamoğlu, CHP sədri Kamal Klıcdaroğlunun xanımı Selvi Klıcdaroğlu və CHP-nin İstanbul şöbəsinin sədri Canan Kaftancıoğlu, PKK terror təşkilatının siyasi qolu HDP-nin həbsdə olan lideri Səlahəddin Demirtaşın "Devran" adlı kitabının motivləri əsasında təşkil olunmuş teatra qatılıblar.

Avropa.info xəbər verir ki, teatrda Demirtaşın xanımı Başak Demirtaş da iştirak edib. 

CHP-li ismlərin PKK-lı Demirtaşın kitabına həsr olunmuş tədbirə qatılmalarının qalmaqalı bitməmiş, İstanbul Böyükşəhər Bələdiyyəsi yeni bir skandala imza atıb. Əkrəm İmamoğlunun rəhbərlik etdiyi İBB-si  Səlahəddin Demirtaşın "Devran" və "Seher" kitablarını satışa çıxarıb. Məsələnin ən maraqlı tərəfi Səlahəddin Demirtaşın "Seher" adlı kitabı 2016-cı ildə Ankaranın Qızılay meydanında terror aktı həyata keçirməklə 37 Türkiyə vətəndaşınn şəhid olmasına səbəb olan PKK terrorçusu Səhər Çağla Dəmirə həsr olunmasıdır. İmamoğlunun rəhbərlik etdiyi İBB-nin bir PKK terrorçusu haqqında yazılan kitabı satışa çıxarması qalmqal səbəb olub.

Qeyd edək ki, Səlahəddin Demirtaş terrora dəstək, terrora çağırış maddələri ilə həbs olunub. 


Oxunma sayı: 5281

Oxşar yazılar