Sığortalanmayan evlərə görə cərimə olmayacaq – Şad xəbər

  • 13 Yan - 2020

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov daşınmaz əmlakın icbari sığortası ilə bağlı suallara aydınlıq gətirib.

Modern.az xəbər verir ki,  "İTV xəbər-Yekun"da məsələyə münasibət bildirən R.Əhmədov bildirib ki, dövlət qeydiyyatında olan evlərin siyahısının Dövlət Əmlak Komitəsindən İcbari Sığorta Bürosuna ötürülməsi üçün zəruri qanunvericilik aktı yoxdur:

“Qanunvericilik əmlak məsələləri üzrə komitənin bizə məlumatı ötürməsini nəzərdə tutmayıb. Bu səbəbə görə də biz hələ ki, inteqrasiyanı həyata keçirə bilməmişik. Qanunvericiliyə müvafiq dəyişiklik edildikdən sonra inteqrasiyanın həyata keçirilməsi mümkün olacaq. Sığorta şəhadətnamələri elektron olacaq və elektron sistemlərdə hansı ünvanda sığortanın olub-olmaması müəyyən ediləcək”.


Oxunma sayı: 5171

Oxşar yazılar