Rusiya MN-dən İdlib açıqlaması

  • 15:37 - 13 Yanvar

İdlibdən köç edən mülki əhalinin Əsəd rejiminin nəzarətə götürdüyü ərazilərə qayıtmaları üçün üç nəzarət-buraxılış məntəqəsi yaradılıb.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya MN mülki əhalinin geri qayıtmaq tələblərin olduğunu deyib və İdlibdəki silahlı qruplara əhalinin keçməsi üçün çağırış edib.

Qeyd edək ki, bir müddət əvvəl Əsəd rejiminin İdlibdə başladığı hərbi əməliyyatlar intensivləşmiş, Rusiya və Türkiyənin birgə səyi ilə bazar günü atəşkəs əldə olunmuşdu.


Oxunma sayı: 4225

Oxşar yazılar