Kürdəxanı sakininin evində 1 kq heroin tapıldı

  • 13:45 - 13 Yanvar

Bakı sakinindən narkotik vasitə götürülüb. 

Avropa.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindənverilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Babayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin götürülüb. 

Davam etdirilən tədbirlərlə onun Kürdəxanı qəsəbəsindəki evindən 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 14070

Oxşar yazılar