İranlı tələbələr ABŞ və İsrail bayraqlarını tapdalamağı rədd etdilər – Video

  • 12:49 - 13 Yanvar

İran hökumətinin Ukraynaya məxsus sərnişin təyyarəsini “səhvən” raketlə vurmasını açıqlamasından sonra İranda hökumət əleyhinə etiraz aksiyaları başlayıb.

Avropa.info xəbər verir ki, təyyarə qəzasından sonra hökumət əleyhinə mitinq keçirən iranlı tələbələr ABŞ və İsrail bayraqlarının üstündə gəzməyi rədd ediblər.

Tehran Universitetində çəkilmiş videoda iranlı gənclərin asfalt üstündə çəkilmiş İsrail və ABŞ bayraqlarının kənarından keçdikləri görünür. Bir neçə nəfərin bayraqların üstündə gəzməsi hərəkəti isə ətrafdakı tələblər tərəfindən etiraza səbəb olub. Etirazçılar “Düşmənimiz Amerikada deyil, İranda” şüarı səsləndiriblər.

Qeyd edək ki, Ukrayna təyyarəsinin vurulmasında İran İnqilab Keşikçiləri Korpusunun məsuliyyət daşıdığını deyən etirazçılar başda Tehran olmaqla ölkənin bir neçə yerində etiraz aksiyaları keçiriblər.


mVHODeTGl3U

Oxunma sayı: 5644

Oxşar yazılar