Badamdardakı sürüşmə ərazisində son vəziyyət açıqlandı

  • 12:31 - 13 Yanvar

“Badamdarda sürüşmə baş verən ərazidə vəziyyət gərgin-stabil olaraq qalmaqdadır. Ayın 9-u ilə müqayisədə ərazidə elə bir ciddi dəyişklik müşahidə olunmur”.

Bunu Avropa.info-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov deyib.

O bildirib ki, Bakıda yağışların yağması ilə əlaqədar sürüşmə zonasında hələ ki bir dəyişiklik baş verməyib.

Onun sözlərinə görə, indiki vəziyyətdə ərazidə hansısa işin görülməsi məqsədəuyğun deyil.


Oxunma sayı: 4060

Oxşar yazılar