Daha bir deputatın əvəzinə oğlu namizədliyini irəli sürdü – DSK təsdiq etdi

  • 13 Yan - 2020

Daha bir deputatın övladı seçkilərə qatılıb.

Avropa.info "virtualaz.org"a istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mirkazım Kazımovun 38 yaşlı oğlu Səid Kazımov 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsindən seçkilərə qatılıb.

Onun namizədliyi 69 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən artıq qeydə alınıb. S. kazımov ixtisasca hüquqşünasdır, AMEA-nın Azad Həmkarlar İttifaqında hüquq müfəttişi vəzifəsində çalışır.

Bildirilir ki, həmin dairədən Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini, professor Fəzail İbrahimli namizədliyini irəli sürüb. YAP isə həmin dairədən Etibar Sadığovun (Peşə Tədrisi Mərkəzinin direktoru) namizədliyini irəli sürüb.

Qeyd edək ki, 4 dəfə millət vəkili seçilən Mirkazım Kazımov bu dəfə YAP-ın siyahısından kənarda qalıb, 5-ci dəfə namizədliyi irəli sürülməyib.

Xatırladaq ki, bundan əvvəl millət vəkili Xanhüseyn Kazımlının qızı Əsli Kazımovanın 80-ci İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürdüyü məlum olub.


Oxunma sayı: 3510

Oxşar yazılar