Sərrac və Haftar bu gün Moskvada görüşəcək - Türkiyə və Rusiyanın vasitəçiliyi ilə

  • 13 Yan - 2020

Liviya Milli Həmrəylik Hökuməti lideri Fayiz Sərrac və Liviya Milli Ordusu lideri Xəlifə Haftar bu gün Moskvada görüşəcək.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Rusiya Federasiyası və Türkiyə prezidentlərinin İstanbul sammitində elan edilmiş təşəbbüsünün həyata keçirilməsi kontekstində Rusiya və Türkiyənin xarici işlər nazirləri və müdafiə nazirliklərinin vasitəçiliyi ilə bu gün Moskvada Liviya təmasları keçiriləcək” – açıqlamada deyilir. 

Qeyd edək ki, bu səhər Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar və MİT rəhbəri Hakan Fidan da Moskavaya gəlib. Türk nazirlər rus həmkarları ilə görüşüb, əldə olunan müqavilələr və regional prosesləri müzakirə edəcəklər. 


Oxunma sayı: 3994

Oxşar yazılar