Kənd sakinini bıçaqlayan keçmiş məhkum saxlanıldı

  • 10:40 - 13 Yanvar

Qubada bıçaqlanma hadisəsi olub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avropa.info -ya verilən məlumata görə, rayonun Digah kənd sakini Coşqun Həsənbəyov bıçaqlanaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən Bakı şəhər sakini, əvvəllər narkotik maddələrin satışı ilə məşğul olduğu üçün həbs olunmuş 44 yaşlı Rəşad Aydəmirov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, C.Həsənbəyova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


Oxunma sayı: 7151

Oxşar yazılar