İraqda ABŞ hərbçilərinin olduğu baza atəşə tutuldu

  • 23:55 - 12 Yanvar

İraqda ABŞ həbçilərinin yerləşdirildiyi "Balad" bazası atəşə tutulub.

“Report”un məlumatına görə, İraqın şimalındakı Salah-ed-Din vilayətində yerləşən bazanın atəşə tutulması nəticəsində dörd hərbçi xəsarət alıb. Yaralıların İraq hərbçiləri olduğu bildirilir.

"Naməlum istiqamətdən Salah-ed-Din vilayətindəki “Balad” bazasına “Katyuşa"nın beş reaktiv mərmisinin düşməsi İraqın Hərbi Hava Qüvvələrinin dörd hərbi qulluqçusunun yaralanmasına gətirib çıxardı. Onların arasında iki zabit var", - deyə mənbə qeyd edib.

Qeyd edək ki, baza son günlər 3-cü dəfədir atəşə məruz qalır. Bir neçə gün əvvəl də "Balad" aviabazası yaxınlığında raket düşüb.


Oxunma sayı: 4632

Oxşar yazılar