Əfqanıstanda sel və daşqınlar 11 nəfərin həyatına son qoyub

  • 12 Yan - 2020

Əfqanıstanın cənubundakı Qəndəhar və Helmand əyalətlərində aramsız yağan yağış sel və daşqınlara səbəb olub. 

Avropa.info xəbər verir ki, nəticədə 11 nəfər həyatını itirib. 

Qəndəhar valisinin sözçüsü Əhməd Bahir Əhmədi jurnalistlərə açıqlamasında bildirib ki, bir neçə gündür yağan aramsız yağışlar bölgədə böyük fəsadlar törədib. Onun sözlərinə görə, daşqın nəticəsində Qəndəhar əyalətində 8 nəfər ölüb, 14 nəfərin yaralanıb. 

Helmand vilayətinin sözçüsü Ömər Zuvak Naven isə bildirib ki, Kacaki mahalına yağan güclü yağış nəticəsində meydana gələn sel 3 adamın ölümünə, 9 nəfərin isə yaralanmasına səbəb olub. 

Hazırda bölgədə yağışlı hava şəraiti davam edir.


Oxunma sayı: 3147

Oxşar yazılar