Nüvə stansiyasında qəza: əhali təxliyə edilir

  • 22:28 - 12 Yanvar

Kanadanın Toronto şəhəri yaxınlığında yerləşən nüvə stansiyasında qəza baş verib.

Publika.az xəbər verir ki, “Pikerinq” stansiyasında qeydə alınan qəzadan sonra yaxınlıqda məskunlaşan sakinlərə dərhal bölgəni tərk etmələri barədə xəbərdarlıq mesajı ünvanlanıb. Vətəndaşlara stansiyadan azı 10 kilometr uzaqlaşmaları barədə xəbərdarlıq edilib.

Xəbərdalıqdan sonra yüzlərlə insan bölgəni tərk edib. Bəzi mənbələr stansiyada partlayışın, bəziləri sızıntının, digərləri də hadisənin texniki nasazlıqdan baş verdiyini irəli sürüb. Qəza ilə bağlı araşdırmalar aparan mütəxəssilər, bölgədə zərərli maddələrin təhlükəli dərəcədə olmadığını vurğulayıb. Lakin araşdırmanın yekun nəticəsi yaxın saatlarda açıqlanacaq.

Rəsmi dairələr hadisənin səbəblərini araşdırır.


Oxunma sayı: 4159

Oxşar yazılar