Ərdoğan Liviya Milli Razılıq Hökumətinin başçısı ilə görüşdü

  • 21:52 - 12 Yanvar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Razılıq Hökumətinin başçısı Faiz Sarajı qəbul edib.

“Anadolu” agentliyi bildirir ki, görüş İstanbulda, Dolmabağça sarayında baş tutub.

Məlumata görə, danışıqlar 2 saat 30 dəqiqə davam edib və mətbuat üçün qapalı olub.

Görüş Liviyada münaqişə tərəflərinin atəşkəsi fonunda baş tutub. Atəşkəs Türkiyə və Rusiyanın təşəbbüsü ilə qüvvəyə minib.


Oxunma sayı: 3895

Oxşar yazılar