BMT 7 ölkəni səsvermə hüququndan məhrum etdi

  • 12 Yan - 2020

Birləşmiş Millətlər Təşkilatı (BMT) üzvü olan yeddi ölkəni - Livan, Venesuela, Mərkəzi Afrika Respublikası, Qambiya, Lesoto, Tonqa və Yəməni təşkilata göstərmək məcburiyyətində olduqları maddi yardımı vaxtında ödəmədikləri üçün müvəqqəti olaraq müzakirələrdə səsvermə hüququndan məhrum edib.

“Haber Global” bildirir ki, BMT nizamnaməsinin 19-cu maddəsinə görə, hər hansı bir ölkənin təşkilata olan borcu son iki ildəki ödəməsinin cəmindən çox olarsa, o, səsvermə hüququnu itirir.

Hazırda 193 üzvü olan təşkilatın 146 ölkəsi ötən il borcunu tam ödəsə də, 47 ölkə borcunu ödəyə bilməyib.

Maraqlıdır ki, BMT-nin 5.4 milyard dollarlıq ümumi büdcəsinin 22%-ni qarşılaşayan Birləşmiş Ştatlar ötən il təşkilata 563 milyon dollar ödəsə də, quruma hələ də 491 milyon dollar borcludur.


Oxunma sayı: 3026

Oxşar yazılar