Azərbaycanda problemli kreditlərin həcmi azalıb

  • 12 Yan - 2020

2019-cu ilin noyabr ayında problemli kreditlərin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz (278,3 milyon manat) azalaraq 1,41 milyard manat olub.

Bank sektorunun və qeyri-bank kredit təşkilatlarının ümumi kredit portfeli 20,3 faiz artaraq 15,12 milyard manat təşkil edib.

Verilmiş kreditlərdə dövlət banklarının payı 2,51 milyard manat (ümumi portfelin 16,6 faizi), özəl banklar 12,23 milyard manat (80,9 faiz), bank olmayan kredit təşkilatları (QBKT) isə 370,9 milyon manat (2,5 faiz) olub.

2019-cu ilin noyabr ayında milli valyutada verilən kreditlərin həcmi 9,8 milyard manat (2018-ci ilin noyabr ayı ilə müqayisədə 24,2 faiz artım), bankların kredit portfelindəki payı isə 64 faiz təşkil edib.

5,32 milyard manat ekvivalenti həcmində kreditlər xarici valyutada 35 faizlik göstəricisi ilə (2018-ci ilin noyabr ayına nisbətən 5,3 faiz artım) verilib.

Qısamüddətli kreditlərin həcmi milli valyutada 1,608 milyard manat, xarici valyutada isə 1,35 milyard manat olub. Uzunmüddətli kreditlərin həcmi 8,141 və 3,967 milyon manat təşkil edib.


Oxunma sayı: 3345

Oxşar yazılar