Tbilisidə gecə klubunda üç nəfəri yaralayaraq hadisə yerindən qaçan şəxs yaxalanıb

  • 14:00 - 12 Yanvar

 

Yanvarın 12-də gecə Gürcüstanın paytaxtı Tbilisidəki "Basiani" gecə klubunda atışma olub.

Avropa.info xəbər verir ki, 40 yaşlı şəxs odlu silahdan havaya 18 dəfə atəş açıb və üç nəfəri yaralayıb.

Yaralanan şəxslərin vəziyyəti qənaətbəxşdir, onların həyatı üçün təhlükə yoxdur.

Bildirilir ki, hadisəni törədən şəxs "isti izlər"lə saxlanılıb. Onun üzərindən odlu silah, 6 ədəd bıçaq və 23 patron götürülüb.

Saxlanılan şəxs barəsində qəsdən bir və ya bir neçə adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, onu 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Oxunma sayı: 7932

Oxşar yazılar