Mərkəzi Bank 150 milyonluq hərrac keçirir

  • 12:46 - 11 Yanvar

Yanvarın 13-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Avropa.info AMB-yə istinadən xəbər verir ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 5,76-7,49 faiz təşkil edir.


Oxunma sayı: 12739

Oxşar yazılar