Lökbatanda quldurluq edən şəxslər saxlanıldılar

  • 18:00 - 10 Yanvar

Bakıda quldurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Lökbatan qəsəbə sakini Ş.Mustafayev yanvarın 8-də qəsəbə ərazisində 2 nəfərin ona hədə-qorxu gələrək 500 manat verməsini tələb etdiklərini bildirib.

Qeyd edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Yevlax rayon sakini O.Namazov və Goranboy rayon sakini T.Hüseynov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.


Oxunma sayı: 7316

Oxşar yazılar