Nərminin qatili olduğu deyilən şəxs danışdı – Yenilənib

  • 12:10 - 10 Yanvar

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qatilinin qohumu olması və saxlanılması barədə yayılan məlumatlar doğru deyil.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bu barədə Nərmin Quliyevanın əmisi Lətif Quliyev məlumat verib. O bildirib ki, nə qohumlarından, nə də digər şəxslərdən heç kim saxlanılmayıb.

Mərhumun dayısı da açıqlamasında yayılan məlumatları təkzib edib.

Qeyd edək ki, bu gün mətbuatda Nərmin Quliyevanın qatilinin saxlanılması və onun Nərminin yaxın qohumlarından biri olduğu barədə məlumat yayılıb.

****

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qatilinin saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu Teleqraf.com-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

Qeyd edək ki, bu gün mətbuatda Nərmin Quliyevanın qatilinin saxlanılması və onun Nərminin yaxın qohumlarından biri olduğu barədə məlumat yayılıb.

***

Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılıb.

Avropa.info “Qafqazinfo”ya istinadən məlumat verir ki, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq nəticəsində cinayəti törədən şəxs müəyyən edilib.

O, artıq saxlanılıb. Məlumata görə, həmin şəxs Nərminin qohumu olan bir kişidir.

Gün ərzində dövlət qurumlarının məsələ ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir.


Oxunma sayı: 18679

Oxşar yazılar