Külli miqdarda narkotik satan saxlanıldı

  • 10:46 - 10 Yanvar

Ağdaşda narkotik satan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Avropa.info-ya verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş rayon sakini Cavad Kərimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan və idarə etdiyi avtomobildən kibrit qutularında və kağız bükümlərdə ümumi çəkisi 32,75 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

C.Kərimovun ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə üzərində daşıdığı narkotk vasitəni rayonun Pirəzə kənd sakini Əfqan Abdullayevdən aldığı müəyyən olunub. Ə.Abdullayevin yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədəki tikilidən 218,22 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. C.Kərimov və Ə.Abdullayev şübhəli şəxs qismində saxlanılıblar.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma aparılır.

 


Oxunma sayı: 6722

Oxşar yazılar