Parisdə polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib

  • 21:28 - 09 Yanvar

Fransa polisi Parisdə bu ilin ilk kütləvi etiraz nümayişinin iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq edib.

Hazırda min nəfərədək nümayişçi Respublika meydanından Macent bulvarı boyu yürüş edərək polisə ünvanlanan söyüşlər səsləndirir, arada asayiş keşikçilərinə daş və zir-zibil atırlar.

Xatırladaq ki, dekabrın 5-də Fransada hökumətin açıqladığı təqaüd islahatına qarşı həmkarlar ittifaqları tərəfindən müddətsiz tətil başlanıb. Həmin islahat işləyənlərin bir qismi, o cümlədən nəqliyyat işçiləri üçün bir sıra imtiyazların və təqaüdə çıxmaqla bağlı xüsusi qaydaların ləğv olunmasını nəzərdə tutur.

Tətil nəticəsində ölkə boyu ictimai nəqliyyatın fəaliyyəti xeyli dərəcədə pozulub, bir sıra şəhərlərdə kütləvi etiraz nümayişləri keçirilib.(report)


Oxunma sayı: 12937

Oxşar yazılar