Malidə hərbi düşərgəyə hücum nəticəsində BMT-nin 18 sülhməramlısı yaralanıb

  • 20:18 - 09 Yanvar

Malidə hərbi düşərgəyə minaatanlarla edilən hücum nəticəsində BMT-nin 18 sülhməramlısı və 2 mülki şəxs yaralanıb.

Avropa.info xəbər verir ki, hadisə ölkənin şimal-şərqindəki Kidal regionunda yerləşən Tessalit hərbi düşərgəsində baş verib. Hücum zamanı düşərgəyə 15 mərmi atılıb.

Qeyd edək ki, bu düşərgədə əsasən BMT-nin Çad taboru yerləşir.


Oxunma sayı: 9472

Oxşar yazılar