Narkotik satdığına görə tutuldu, digər cinayətləri də üzə çıxdı – Foto

  • 11:19 - 09 Yanvar

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, bölməyə Binəqədi qəsəbəsində bir nəfərin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs, qəsəbə sakini əvvəllər məhkum olunmuş Hüseyn Bilalov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,358 qram, yaşadığı evin həyətindəki yarımtikilidə gizlətdiyi yerdən isə əlavə olaraq 1 kiloqram 510 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

H.Bilalovun 43–cü Polis Bölməsində əlavə əməliyyat tədbirləri keçirilən zaman onun başqa cinayətlər törətdiyi də məlum olub. Araşdırma zamanı onun Binəqədi rayonu ərazisində 1 evdən və 7 maketdən pul, tütün məmulatları, kombi aparatı, mobil telefonlar oğurladığı da məlum olub. Qeyd edək ki, H.Bilalovun marketlərdən oğurluq etməsi həmin obyektlərin təhlükəsizlik kameraları vasitəsilə də anbaan qeydə alınıb.

Faktla bağlı saxlanılan şəxs barəsində 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. H.Bilalov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

 


Oxunma sayı: 6315

Oxşar yazılar