Türkiyə prezidenti: “Türk axını” kəməri yeni dövrün rəmzi layihələrindən biri olacaq”

  • 08 Yan - 2020

“Türk axını” təbii qaz boru kəmərinin sayəsində 15 milyon evin illik təbii qaz ehtiyacını birbaşa ödəmiş olacağıq.

Bunu “Türk axını” kəmərinin açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, bu gündən başlayaraq Türkiyənin 81 şəhərinə tam olaraq təbii qaz çatmış olacaq: “Türk axını” rusiyalı dostlarımızla birlikdə çox böyük əmək sərf edərək yekunlaşdırdığımız tarixi bir layihədir. Hazırda  53 milyon vətəndaşımız təbii qazdan istifadə edir. Həyata keçirdiyimiz bu layihənin açılışı ilə bu say günbəgün artacaq”.

Türkiyə prezidenti bildirib ki, “Türk axını” qaz boru kəməri yeni dövrün rəmzi layihələrindən biri olacaq. (report)


Oxunma sayı: 2201

Oxşar yazılar