Gəncədə 2 kriminal avtoritet həbs olundu – Biri tapança, digəri bıçaqla tutuldu

  • 14:10 - 08 Yanvar

Gəncədə kriminal avtoritetlər saxlanılıb.

Avropa.info DİN-ə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 38 yaşlı Bəhram Səmədov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd " Makarov" tipli tapança, həmin silaha məxsus 5 ədəd güllə sandıqcası ilə birlikdə aşkar olunaraq götürülüb.

Silahla saxlanılan Bəhram Səmədovun kriminal əlaqələri ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini "Saşa" ləqəbli Sabir Şabanov da saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib. Üzərinə keçirələn baxış zamanı soyuq silah hesab olunan bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, B.Səmədov kriminal aləmdə "Ramoş" ləqəbi ilə tanınır.


Oxunma sayı: 11078

Oxşar yazılar