İran ABŞ-ın 2 hərbi bazasına 12-dən çox raket atdı, Tramp tarix verdi : "Sabah tezdən..." (Fotolar)

  • 09:10 - 08 Yanvar

İran Inqilab Keşikçiləri Korpusu gecə saatlarında ABŞ-ın İraqda yerləşən 2 hərbi bazasını raket atəşi ilə vurub. 

Avropa.info xəbər verir ki, ABŞ-ın İraqın Ənbar vilayətində yerləşən Ayn əl-Əsəd və Ərbil adlı hərbi bazalarına 12-dən çox raket atılıb. 

Raket zərbələri nəticəsində ölü və yaralı olub-olmadığı açıqlanmayıb. 

İran hökuməti məlumatı təsdiqləyərək, bu hücümun Qasım Süleymaninin öldürülməsinə cavab olduğunu bildirib. 

Məlumatı ABŞ müdafiə nazirliyi də təsdiqləyib. Pentaqon İranın hücum etmə ehtimalını öncədən ehtimal etdiklərini və sözügedən hərbi bazalarda ehtiyyat tədbirlərini gördüklərini açıqlayıb. 

ABŞ prezidenti Donald Tramp isə İranın hücumu ilə bağlı ilk açıqlamasını yayıb. 

"Hər şey yolundadır. İran İraqdakı 2 hərbi bazamıza raket atdı. Sabah tezdən (çərşənbə gecəsi:avropa.info) bir açıqlama yayacağam" - ABŞ prezidenti belə deyib. 

Bu arada bölgədə olan Əl -Hurra telekanalı İranın raket hücumundan fotolar yayıb. Həmin fotoları təqdim edirik.


Oxunma sayı: 37522

Oxşar yazılar