Qazaxda top mərmisi və piyada əleyhinə mina aşkarlanıb

  • 21:12 - 07 Yanvar

Qazax rayonunda top mərmisi və piyada əleyhinə mina aşkarlanıb. 

2020-ci il 07 Yanvar tarixində saat 12:25-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonu, Quşçu Ayrım kəndi ərazisində mərminin və minanın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 2 ədəd piyada əleyhinə OZM-72 minası aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Ümumilikdə Agentlik tərəfindən yanvarın 1-dən 7-dək 3 siqnal (əməliyyat çağırışı) əsasında 3 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Qazax, Tovuz rayonları və Bakı şəhəri ərazisində 1 ev və həyətyanı sahəyə, təmas xəttinə baxış keçirilmiş, 5 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina zərərsizləşdirilmiş, 150 kv.m ərazi yerüstü və 6 kv.m ərazi yeraltı yoxlanılıb.


Oxunma sayı: 6425

Oxşar yazılar