PKK-çıları dərman preparatları ilə təmin edən şəbəkə ifşa olunub - Xüsusi əməliyyat

  • 20:55 - 07 Yanvar

Türkiyədə PKK terror təşkilatını dərman preparatları ilə təmin edən dəstə ifşa olunub.

Avropa.info xəbər verir ki, bu məqsədlə Ankarada xüsusi antiterror əməliyyatı keçirilib.

Polisin gizli məlumat əsasında saxladığı avtomobildə 72 min 758 ədəd dərman və tibb ləvazimatı ələ keçirilib. İlkin məlumata görə, ələ keçirilən dərmanın PKK-nın Türkiyənin şərq bölgəsindəki nümayəndələrinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı iki nəfər şübhəli şəxs qismində saxlanılıb.


Oxunma sayı: 7140

Oxşar yazılar