“Başakşəhər” klubu yarımmüdafiəçisi Arda Turanla yollarını ayırıb

  • 20:02 - 07 Yanvar

İstanbulun “Başakşəhər” futbol klubu yarımmüdafiəçisi Arda Turanla yollarını ayırıb.

32 yaşlı türkiyəli yarımmüdafiəçinin cari mövsümün sonunda başa çatacaq icarə müqaviləsi vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında ləğv edilib. A.Turan müqavilə ilə “Barselona”ya məxsusdur.

Türkiyə mətbuatı A.Turanın karyerasını “Qalatasaray”, Qətər və ya ABŞ klublarından birində davam etdirəcəyini yazıb.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümdə İstanbul klubunun heyətində 12 oyun keçirib.


Oxunma sayı: 7723

Oxşar yazılar