Yanğın cəhənnəmi: 23 insan, 480 milyon heyvan öldü – Qorxunc durum

  • 00:04 - 07 Yanvar

Avstraliyada keçən ilin sentyabr ayından başlayan yanğınların qarşısını almaq mümkün deyil. Miqyası hər keçən saat genişlənən yanğın ölkə və dünya üçün yeni təhdidlər əmələ gətirir.

Avropa.info teleqraf.com-a istinadən xəbər verir ki, Avtsraliyanın cənub-şərqini tamamilə öz cənginə alan yanğın səbəbindən 3 ştatda yaşayış evlərinin boşaldılması tələb olunub.

İndiyədək 23 nəfərin həyatını itirdiyi yanğınlarda eyni zamanda 480 milyondan çox heyvan ölüb.

Yaranan dramatik vəziyyətlə bağlı qorxunc detallar üzə çıxmağa başlayıb. Belə ki, ölkənin cənub-şərq bölgəsini tamamilə cənginə alan yanğın 100 mindən çox insanı öz yerindən didərgin sala bilər. Artıq bölgədə yerləşən 3 ştatda yaşayan sakinlərə öz evlərini tərk etməsi üçün müraciət olunub.

Yanğınların Avstraliyanın ən böyük şəhəri hesab olunan Sidneyin yaşayış ərazilərinə çata biləcəyi barədə xəbərdarlıq edilib. Yeni Şimali Uels bölgəsi isə hazırda 130-dan çox yanğın hadisəsi ilə mübarizə aparır.

Baş nazir Skott Morrison 3 mindən çox hərbçinin yanğınla mübarizə komandalarına cəlb olunduğunu açıqlayıb. Bundan başqa Silahlı Qüvvələrin sərəncamında olan helikopter və qırıcıların da logistik dəstək və təxliyyə məqsədi ilə istifadə olunacağı deyilib.

Yanğınlar səbəbindən Avstraliyada fövqaladə vəziyyət elan edilib.

Avstraliyanın cənub-şərq bölgələrində baş verən yanğınlarda indiyədək 23 nəfər həyatını itirib. Kenquru və koalalara ev sahibliyi edən bölgəni cənginə alan yanğının qarşısını almağın mümkün olmadığı bildirilib. Bölgədə hökm sürən anomal istilərin (+40 dərəcə) yanğının miqyasının böyüməsinə yol açdığı vurğulanıb.

İndiyədək 480 milyondan çox heyvanın həyatını itirdiyi yanğınların 5.5 milyon hektar meşəlik əraziləri əhatə etdiyi qeyd olunur.


Oxunma sayı: 13641

Oxşar yazılar