Zlatan İbrahimoviçin heykəli aşırılıb - FOTO

  • 13:40 - 05 Yanvar

İsveçin "Malmö" şəhərində naməlum şəxslər eyniadlı kluba məxsus stadion önündən İtaliya "Milan"ının yeni transferi Zlatan İbrahimoviçin heykəlini aşırıblar. 

 

Abidənin ayaqlarının kəsilməsi nəticəsində o, hasarın üstünə düşüb. İbrahimoviçin başına isə "İsveç" yazılmış qara sviter keçirilib. Naməlum şəxslər abidənin qarşısına "Götürülsün" sözlərini də yazıblar. Polis baş verənləri vandalizm hesab edib. 

 

 

Qeyd edək ki, Zlatan İbrahimoviçin heykəli "Malmö"nün yetirməsinin prinsipial rəqib "Hammarbü"nün sahiblərindən birinə çevrilməsindən sonra bir neçə dəfə hücumlara məruz qalıb. Əvvəllər abidə yandırılıb, burnu kəsilib, unitaz formalı oturacaq və zibil kisəsi geyindirilib. 


Oxunma sayı: 12684

Oxşar yazılar