İbrahimoviç "Milan"a qayıdışdan sonra ilk matçda qol vurub

  • 12:08 - 04 Yanvar

"Milan" futbol komandası yoldaşlıq matçında "Rodens" klubunu 9:0 hesabı ilə darmadağın edib.

“Report” xəbər verir ki, komandanın heyətində qollardan birini isveçli hücumçu, yanvarın 2-də qırmızı-qaraların oyunçusu kimi təqdim edilən Zlatan İbrahimoviç vurub.

"Milan" heyətində həmçinin Davide Kalabriya (dubl), Hakan Çalxanoğlu, Lukas Paketa, Kşiştof Pyontek (dubl), Rafael Leau və Semuel Kastilexo fərqləniblər.

Zlatanın son klubu "Los-Anceles Qelaksi" olub. O, 2018-ci ilin martından 2019-cu ilin noyabrına qədər bu komandada çıxış edib. 38 yaşlı isveçli futbolçu Şimali Amerika Futbol Liqasının ötən mövsümündə keçirdiyi 31 matçda 31 qol vurub və 8 məhsuldar ötürmə verib.

Xatırladaq ki, İbrahimoviç 2010-2012-ci illərdə də “Milan”ın formasını geyinib. 


Oxunma sayı: 18844

Oxşar yazılar