ABŞ Yaxın Şərqə 3500 əsgər göndərib

  • 23:52 - 03 Yanvar

ABŞ ordusunun 82-ci Hava Hücumu Diviziyasının 3500 əsgəri Yaxın Şərqə göndərilib.

Bu barədə “NBC News” televiziyası ABŞ-ın Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Qoşunların harada yerləşdiriləcəyi ilə bağlı ilkin məlumat verilməsə də, onların əsasən Küveytə yerləşdiriləcəyi bildirilib. Bu mövzuya hələlik münasibət bildirməyən Pentaqonun gün ərzində rəsmi açıqlama verəcəyi gözlənilir.

ABŞ-ın Müdafiə naziri Mark Esper bundan əvvəl 82-ci Hava Hücumu Diviziyasından 750 əsgərin Küveytə yerləşdirildiyini elan etmişdi.(apa)


Oxunma sayı: 5864

Oxşar yazılar