Afrikanın Bakıda anadan olmuş ən varlı qadını: milyarder İzabelin bütün sərvəti donduruldu

  • 23:15 - 02 Yanvar

Anqolanın keçmiş prezidenti Eduardo dos Santosun qızı və ölkənin neft şirkəti “Sonangol”un direktorlar şurasına rəhbərlik edən milyarder- biznesvumen İzabel dos Santosun bütün sərvəti üzərinə həbs qoyulub.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Anqolanın baş prokuroru İzabel dos  Santosun bir sıra dövlət şirkətləri ilə korrupsiya əlaqəsinə girərək dövlətə 1.14 milyard dollar zərər vurduğunu bildirir.

 

Eduardo Dos Santos ötən əsrin 70-ci illərind Bakıda, indiki Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb və burada evlənib. Həmin evlilikdən Bakıda onun hazırda 44 yaşında olan qızı İzabel dünyaya gəlib. Sonradan Eduardo dos Santos ölkəsinə qayıdıb və prezident olub, on illər boyu Anqolanı idarə edib. Sonradan onun qızı bizneslə məşğul olmağa başlayıb və sürətlə varlanaraq Afrikanın ən zəngin qadınına çevrilib. Sərvəti 3.5 milyard dollara yaxındır.

Xəbərlərə görə İzabel dos Santos prokurorun onun sərvətinə həbs qoyulması barədə sanksiyasını tamamilə yanlış hesab edir və məhkəməyə müraciət edəcəyini, Anqola və beynəlxalq hüququn bütün imkanlarını işə salacağını bildirib.

Anqolada Eduardo dos Santosdan sonra hakimiyyətə gələn prezident Lurensonun ən böyük vədlərindən  biri korrupsiya ilə mübarizə və Santos ailəsinin iqtisadyyat üzərində təsirlərini aradan qaldırmaq barədə olmuşdu.

İzabel dos Santos bildirir ki, o, neft şirkətinin rəhbərliyinə atasının sayəsində deyil, biznesdə qazandığı uğurlar və nüfuz hesabına gəlib. O, barəsində irəli sürülən korrupsiya ittihamlarını rədd edir.

 


Oxunma sayı: 6733

Oxşar yazılar