Yeni il gecəsi Abşeronda villadan 400 min manatlıq oğurluq olub

  • 22:35 - 02 Yanvar

Yeni il gecəsi Abşeron rayonunda villadan oğurluq olub.

Hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.

Məlumata görə, A.Hüseynovaya məxsus villadan 31 dekabrdan 1 yanvara keçən gecə içərisində 200 min manatlıq qızıl və 120 min dollar pul (ümumilikdə 400 min manatdan çox) olan seyf oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.(report)


Oxunma sayı: 5314

Oxşar yazılar