Aksiyaçılar ABŞ-ın İraqdakı səfirliyini zəbt edib

  • 16:10 - 31 Dekabr

Aksiyaçılar ABŞ-ın Bağdaddakı səfirliyinin binasına daxil olublar.

Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Qeyd edək ki, bundan öncə ABŞ səfirliyinin binasının boşaldıldığı açıqlanıb.

***

saat 13.39

ABŞ-ın İraqdakı səfirliyi boşaldılıb.

Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Səfirlik binasının bir hissəsində yanğın törədilib. 

Qeyd edək ki, bu gün ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası başlayıb. Aksiyaya yüzlərlə iraqlı qatılıb. Aksiya iştirakçıları dekabrın 29-da ABŞ hərbi qüvvələrinin İraqda "Xətaib Hizbullah" qruplaşmasının mövqelərinə endirilən zərbə nəticəsində onlarla döyüşçünün ölməsi və yaralanmasına etirazlarını bildirirlər.  Aksiyaçılar səfirlik binasına daxil olmağa çalışırlar.

***

saat 13.28

ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası başlayıb.

Məlumata görə, aksiyaya yüzlərlə iraqlı qatılıb.

Aksiya iştirakçıları bir gün öncə ABŞ hərbi qüvvələrinin İraqda "Xətaib Hizbullah" qruplaşmasının mövqelərinə endirilən zərbə nəticəsində onlarla döyüşçünün ölməsi və yaralanmasına etirazlarını bildirirlər. Aksiyaçılar səfirlik binasına daxil olmağa çalışırlar. 

Xatırladaq ki, ABŞ Kərkük yaxınlığındakı bazasına raket zərbəsi nəticəsində bir amerikalı hərbçinin ölməsinə cavab olaraq dekabrın 29-da "Hizbullah"ın İraqdakı qolu olan "Xətaib Hizbullah" qruplaşmasının bazalarını bombalayıb. Qırıcı təyyarələrdən endirilən zərbə nəticəsində "Xətaib Hizbullah"ın ən azı 25 döyüşçüsü öldürülüb, 55 nəfər yaralanıb. Ölənlərin arasında qruplaşmanın dörd komandiri də var.


Oxunma sayı: 12904

Oxşar yazılar