Çindən Məsud Özilə qarşı daha bir senzura

  • 15:40 - 28 Dekabr

İngiltərə Premyer Liqasının “Arsenal” klubunun türk əsilli alman futbolçusu Məsud Özil 13 dekabrda uyğur türkləri ilə bağladığı paylaşıma görə, Çinin senzurasına məruz qalmaqda davam edir.

Avropa.info xəbər verir ki, Premyer Liqanın yayım haqlarına sahib olan Çinin dövlət televiziyası CCTV daha əvvəl senzura qoyduğu “Arsenal” matçlarını yenidən efirə verməyə başlayıb.

Lakin “Arsenal” – “Bornmut” oyununu şərh edən futbol şərhçiləri klubun heyətini açıqlayarkən Məsud Özilin adını çəkməyiblər. Məsud Özilin adına qoyulan senzura oyun boyu və oyunçu dəyişikliyi əsnasında da davam edib.

“Arsenal” klubu məsələ ilə bağlı açıqlama verməyib. 


Oxunma sayı: 2322

Oxşar yazılar