Türkiyə ordusunun dünyadakı hərbi varlığı: 3 qitə, 12 ölkə – Azərbaycanda da var

  • 13:44 - 27 Dekabr

Liviya hökumətinin Türkiyədən hərbi yardım istəməsindən sonra Türkiyə Silahlı Qüvvələrinin (TSQ) ölkə  xaricindəki varlığı ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.

Avropa.info xəbər verir ki, Türkiyə ordusunun Liviyaya yerləşməsindən sonra, TSQ-nın xaricdəki mövcudluğu 12 ölkəyə yüksələcək. 

Türkiyənin haberler.com saytının yazdığına görə, Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstan, Somali, Qətər, İraq, Azərbaycan, Suriya, Şimali Kipr Türk Cumhuriyyəti, Albaniya, Livan, Bosniya və Herseqovina, Kosova kimi ölkələrdə hərbi varlığı mövcuddur. TSQ-nın Liviyaya girməsindən sonra Türkiyə ordusunun hərbi varlığı 12 ölkəyə yüksələcək və beləcə Asiya, Afrika və Avropa olmaqla 3 qitəyə yayılmış olacaq.

Ölkə xaricindəki ən böyük hərbi baza Somalidədir

Afrika buynuzu olaraq adlandırılan Somalidə Türkiyənin ölkə xaricindəki ən böyük hərbi bazası mövcuddur. Türkiyyənin Milli Müdafiə naziri Hulusi Akar Somalidəki Türkiyə hərbi bazasının açılışında iştirak edib.

Paytaxt Mogadişuda Türkiyə tərəfindən Somali ordusuna təlim keçmək üçün təşkil olunan Somali Hərb Məktəbi, Gizir Məktəbi və Birlik Təhsil Mərkəzi mövcuddur. 
Beləliklə, Türkiyə ABŞ, Fransa, İngiltərə və Yaponiyandan sonra Afrikada hərbi bazaya sahib 5-ci ölkə olub.

Şimali Kıbrız Türk Cümhuriyyətində 40 min əsgər var 

Kiprdə Türkiyənin qarantiya olması səbəbiylə 40 minlik ordusu var. Kipr Şərqi Aralıq dənizində hakim mövqeyi ilə seçilən ən strateji sahələrdən biridir. 

Azərbaycan ilə 10 ildir əməkdaşlıq edilir

Azərbaycanda Türkiyə hərbçiləri Azərbaycan hərbçiləri ilə müxtəlif hərbi təhsil proqramlarında birgə çalışırlar. Qafqazda, Xəzər dənizi sahillərində əhəmiyyətli bir mövqeyə sahib olan Azərbaycan, Türkiyə ilə həm də qardaş ölkədir. Türk hərbçiləri 10 ildir ki, birgə təlimlər və Azərbaycan əsgərlərinin təhsili üçün Azərbaycanla birlikdə çalışırlar. Türkiyənin bu ölkədə təxminən 70 əsgəri var.

 Türkiyənin ən çox hərbi bazası İraqdadadır

Türkiyənin ən çox hərbi bazası olduğu ölkə İraqddır. Bu bazaların ən böyüyü Başika bazasıdır. İraqın şimalındakı Bamerni, Kanimasi və Begovada Türkiyə hərbi bazaları mövcuddur. İraqdakı bazalarda təxminən 2500 türk əsgəri var.

 Suriyada 5 min Türk əsgər var 

Türkiyənin müdafiəsi üçün "Fərat Qalxanı" əməliyyatı başladan TSQ, Suriyanın geniş bir sahəsini terrorçulardan azad edib. Daha sonra həyata keçirilən 2 ayrı əməliyyatla Türkiyə böyük bir ərazini terror təşkilatlarından təmizləyərək, mülki sakinlərin təhlükəsizliyini təmin etdi. Hazırda Türkiyənin Suriyada 5 min əsgəri var. 

Bundan başqa, Türkiyənin Livanda 100 əsgəri, Albaniyada hərbi bazası, Əfqanıstanda 2 min əsgəri, Kosovada 400 əsgəri, Bosniya və Herseqovinada 6 fərqli nöqtədə olmaqla 239 əsgəri var.   

Türkiyənin Qətərdə hərbi bazası

Fars körfəzinin ən kritik yerlərindən biri olan Qətərdə 3000 nəfərlik heyəti olan bir Türkiyə bazası var. Bu bazada xidmət edən türk əsgərlərinin Qətərin blokada böhranını zamanı BƏƏ tərəfindən planlaşdırılan saray çevrilişinin qarşısını aldığı ortaya çıxdı. Hazırda Qətərdə 300-ə yaxın türk əsgəri var.

Avropa.info   


Oxunma sayı: 42879

Oxşar yazılar