“İstefa verməyə hazıram” – İraq prezidenti

  • 17:05 - 26 Dekabr

“Etirazçıların qəbul etməyəcəyi birini namizəd göstərəcəyimə istefa verməyi tərcih edərəm” dedi.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə İraq prezidenti Bərham Saleh çıxş edib. Saleh konstitusiyanın ona namizədləri rədd etmək səlahiyyəti vermədiyindən istefasını parlamentə təqdim etməyə hazır olduğunu deyib.

Saleh İranın dəstəklədiyi Əsəd İdaniyə hökumət qurmaq səlahiyyəti verməyəcəyini, təzyiqlər davam edərsə, istefaya hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, bütün namizədlərə qarşı çıxan etirazçılar namizədliyi müzakirə olunan şəxslərin hamısını rədd etdiklərini bəyan etmişdilər.


Oxunma sayı: 7041

Oxşar yazılar