"Atom bombasının atası" qəhrəmanmı, "xainmi" ? - "Ölkəmizə göstərdiyimiz xidmətə qarşılıq olaraq təhqirlərə dözürük"

  • 15:02 - 25 Dekabr

Pakistanda '"atom bombasının atası" olaraq qəbul edilən Dr. Abdulqadir Xan 2004-cü ildə İran, Liviya və Şimali Koreyaya qanunsuz nüvə texnologiyası verdiyini etiraf etdikdən sonra həbs olundu.

Avropa.info xəbər verir ki, bir neçə gün öncə "vətənə xəyanət" ittihamı ilə ölüm hökmünə məhkum edilmiş general Pərviz Müşərrəfin hakimiyyəti dövründə həbs olunan Abdulqadir Xan ev dustaqlığına məhkum edildi. 

Ev həbsi 2009-cu ildə rəsmən ləğv olunsa da, Xan getdiyi yer haqqında öncədən rəsmi dairələrə məlumat verməli və təhlükəsizlik xidməti onu müşayət etməlidir.

Hazırda 83 yaşında olan Xan, hökumətin təməl insan haqlarını pozduğunu söyləyərək, Pakistan Ali Məhkəməsinə müraciət edib.

Hollandiyada yaşayan bir müsəlman gənc Pakistanın o vaxtkı hökumət başçısı Zülfiqar Əli Bhuttoya məktub yazaraq, nüvə proqramına dəstək verə biləcəyini söylədi. Məktubu 1976-cı ilə qədər Hollandiyanın uran zənginləşdirmə şirkəti olan URENCO-da işləyən Abdulqadir Xan yazmışdı.

1974-cü ildə yazılan bu məktuba cavab olaraq Pakistan kəşfiyyatı Xanın proqrama daxil edilməsinin uyğun olmadığını söylədi. Buna baxmayaraq Bhutto onu 1976-cı ildə Pakistana çağırdı. 

Xan Pakistanın uran zənginləşdirmə proqramına əhəmiyyətli dərəcədə təkan verdi. O, 2001-ci ildə təqaüdə çıxana qədər, Pəncab Kahutadakı nüvə tədqiqat laboratoriyasına rəhbərlik etdi. Pakistan ilk atom silah sınağını 1998-ci ildə həyata keçirdi. Pakistan xalqı atom silahının istehsalında böyük rolu olan Abdulqadir Xanı qəhrəman elan etmişdi.

Lakin,  Müşərrəf hökuməti dövründə '' düşmən ölkələrə '' nüvə silahı texnologiyasını satdığı iddia edilən Abdulqadir Xan, bir gecədə "xain" elan olundu. 

2004-cü ildə məhkəmədə suçunu etiraf edən Xan bəzi insanlar tərəfindən "satqın" elan olunsa da, xalqın böyük bir hissəsi Abdulqadir Xanın dini və milli duyğularla beynəlxalq arenada ölkəsinin nüvə qaçaqçılığında ittiham edilməsindənsə, suçu öz üzərinə götürdüyünə inanırdı. 
 

Xan, 2008-ci ildə İran və Liviyaya heç bir nüvə məlumatı sızdırmadığını, yalnız bu ölkələrə Avropada hansı şirkətlərdən nüvə texnalogiyası ala biləcəyinin göstərdiyini söylədi. O, 2004-cü ildə törətmədiyi cinayətləri etiraf etmək məcburiyyətində qaldığını bildirərək ictimaiyyəti şoka saldı. 

Ali Məhkəməyə ünvanladığıərizədə üzərindəki ev həbsinin qaldırılmasını xahiş edən Xan məktubunda '' Pakistanı qonşuların və digər rəqiblərin pis əməllərindən qorumaq üçün üzərimə düşəni etdiyimə görə qürur duyuram" yazırdı. 
 

2016-cı ildə Pakistan və Hindistan arasındakı gərginliyi qiymətləndirən Xan, Pakistanın 5 dəqiqə ərzində Yeni Dehlini vura biləcəyini söylədi. 

85 yaşlı alim özünə qarşı edilən təzyiqlərdən üzüldüyünü bildimişdi.

 '' Bizim çalışmalarımız səbəbilə Pakistan dünyanın nüvə gücünə sahib ilk müsəlman ölkəsi oldu. Ölkəmizə göstərdiyimiz xidmətə qarşılıq olaraq təhqirlərə dözürük"- 85 yaşlı alim belə deyir.
 

Avropa.info


Oxunma sayı: 69576

Oxşar yazılar